Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
16:02
1273
Jirinovski Ermənistan haqqında sərt mövqe səsləndirib

Bu gün Rusiya Dövlət Dumasındakı fraksiya toplantısında liberal-demokratların sədri Vladimir Jirinovski işğalçı Ermənistanın ünvanına sərt bəyanat səsləndirib.

FaktXəbər-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, Jirinovski Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşması haqqında sazişin ratifikasiyası ilə bağlı bildirib ki, erməni zabitlər rəhbərliyə yaxın buraxılmamalıdır və birləşmiş qoşun qruplaşması sırf Rusiya komandanlığı altında olmalıdır: "Bütün hərbi bazalar, birləşmiş qoşun qruplaşmaları komandanlığı baş qərargahın müdafiə nazirinin və ali baş komandanımızın əlində olmalıdır. Birgə komandanlıq gözlənilməyən mənfi nəticələrə səbəb ola bilər."

Jirinovski əlavə edib ki, birgə komandanlıq Rusiyadan kənarda qəbuledilməzdir.

Xatırladaq ki, bu gün Dövlət Dumasında Rusiya və Ermənistannın birləşmiş qoşun qruplaşması haqqında sazişi təsdiq edilib. Saziş 2016-cı ildə 5 illik bağlanıb və onun avtomatik uzadılması imkanı da var. 

Məqalədə : Vladimir Jirinovski 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru