Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
10:54
1066
Şirvan el məzarlığında şəhidlərin xatirə guşəsi yaradılıb

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini Şirvan şəhərində icra edib.

FaktXəbər-in məlumatına görə, layihə çərçivəsində Şirvan şəhər el məzarığında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuşların xatirə guşəsi yaradılıb. Həmçinin, onların xatirələrini əbədləşdirmək üçün böyüyüb boya-başa çatdıqları küşələrdə düzəldilmiş xatirə güşələrinin vəziyəti yoxlanılıb, unudulmuş şəhidlərimiz siyahısı müəyyən edilib.

Layihə çərçivəsində Şirvan şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərininə dövlət tərəfindən nəzərdə tutulmuş sığortaların almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstərilib.  

“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini rəhbəri Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki,  1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə yaxınlarının istəyi ilə el məzarlıqlarında dəfn olunmuşdur: "Keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri onların valideyinləri vəfat etdikdən sonra adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır. Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir. Şirvan şəhərindəki Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 120 nəfər şəhidin və 25 nəfər itgin düşmüş döyüşçünün məzar vardır. Şirvan şəhər el məzarlıqında keçirdiyimiz manitorinqlər zamanı 18 nəfər şəhid məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilmişdir. El məzarlığında dəfn olunmuş şəhid məzarlarının çoxusunun şəhid olmaları barəsində məzar üstü baş daşlarına heç bir fərqlənmə nişanələri vurulmayıb. Sanki bu şəhidlər vətən uğrunda canlarını fəda etməmişlər. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, şəhid məzarlarını saatlarla axtardıqdan sonra  şəhidlərin məzarlarını müəyyən edərək, onların siyahılarını tutmuşuq." 

Xatirə lövhəsinin hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinov, şöbənin əməkdaşı Rövşən Nəcəfova, Qarabağ müharibəsi veteranları Rasim Canaliyevə, Yusifəli Orucova və Şirvan şəhər el məzarlığının əməkdaşları Muxtar Cabbari, Əli Əzizov yaxından iştirak ediblər. 

Məqalədə : şəhidlərin xatirəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
525

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
644

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
492

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
519

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
289

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
492

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
503

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
618
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 06:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru