Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
12:12
1298
Instagram akkauntunuz sındırılma təhlükəsi ilə üz-üzə - FOTO

ESET ekspertləri  Instagram  parol və loqinlərini oğurlayan 13 tətbiq müəyyən ediblər. Dələduzlar iddia edirdilər ki, tətbiq sosial şəbəkədə təqibçilərin, layk və şərhlərin sayını artıracaq.

Buna inanan istifadəçilər də heç nədən şübhələnmədən tətbiq üçün tələb olunan parol və loqinlərini qeyd edirdilər. Həmin məlumatlar  adi mətn formasında hakerlərin əlinə keçir.

Bundan sonra  tətbiq  akkaunta giriş zamanı səhv parol barədə məlumat ötürür. Məsələ burasındadır ki, Instagram  akkaunt sahiblərini  qeyri-qanuni girişlər barədə xəbərdarlıq edir. İstifadəçi  dələduzun əvəzinə  akkauntun  verifikasiyası prosedurunu keçir, bebəliklə də tətbiq sahibləri Sosial şəbəkənin  şübhələrini öz üzərindən atır. Sındırılmış  akkauntlar vasitəsi ilə  spam yayılır, həmçinin  təqibçi, layk və şərh «paketləri» satılır.

Hazırda tətbiqlər GooglePlay-dən silinib. Lakin əgər belə tətbiqdən istifadə etmisinizsə, dərhal Instagram akkauntun parolunu dəyişin.

Məqalədə : Instagram 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru