Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 İyul

2017
12:33
1034
Çin Şimali Koreya ətrafındakı böhrana hazırlaşır

Çin hakimiyyəti Şimali Koreya ətrafında baş verə biləcək böhrana hazırlaşmağa başlayıb və uzunluğu təxminən 1500 kilometr olan sərhədləri möhkəmləndirmək qərarına gəlib. FaktXeber.com-un məlumatına əsasən, bu barədə The Wall Street Journal yazır.

 

Məlumata görə, Pekində ABŞ-ın yarımadanın şimal hissəsinə həqiqətən də zərbə endirə biləcəyi ehtimal edilir. Bu səbəbdən Şimali Koreya ilə sərhəd rayonlarda yaşayan əhali üçün sığınacaqlar tikilir.

 

Bundan əlavə, Çin sərhəd qoşunlarının sayı da xeyli artırılıb.

 

Xatırladaq ki, KXDR ətrafında vəziyyət Pxenyan ardıcıl olaraq bir neçə ballistik raket sınaqları keçirdikdən sonra gərginləşib. Nəticədə Pentaqon Şimali Koreya sahillərinə bir neçə hərbi gəmi göndərib, Ağ evin başçısı Donald Трамп isə bildirib ki, KXDR-in nüvə-raket problemi "bu və ya digər yolla" həll olunacaq.

Məqalədə : KXDR Çin ABŞ ballistik raket 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 13:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru