Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2018
16:43
Komediya filmlərinin arxasındakı şir faciəsi - FOTO

Heyvanların iştirak etdiyi filmlərə maraqla baxsaq da, çəkiliş zamanı yaranan problemlər və onların sonrakı taleyi barədə çox az adamın xəbəri olur. FaktXeber.com olaraq bu gün çəkiliş zamanı öldürülən şirlər barədə məlumat verəcəyik.

«Zolaqlı reys».

Sovet dövrünün ən məşhur komediyalarından biri. Marianna roluna heyvan təlimçisi Marqarita Nazarova çəkilmişdi. Həyat yoldaşı (təlimçi Konstantin  Konstantinovski) təkcə starpomda dublyorluq eləmir, həmçinin təhlükəli səhnələrdə xanımını əvəz edirdi. 

Filmdəki şir Vasya Odessa zooparkından xüsusi olaraq çəkiliş üçün götürmüşdülər.

Dənizçilərin tibb məntəqəsindən şiri xərəkdə apardıqları səhnə çoxlarına gülməli gəlsə də əslində pərdə arxasında faciə yaşanıb. Belə ki, bu səhnə üçün şirə yuxu dərmanı verilməli idi. Ancaq o, heç bir halda, hətta ətin içində dərmanı qəbul etmək istəmirdi. Çəkilişin sonuncu günü olduğu üçün qoca adı altında şiri güllələmək və cəld sonuncu səhnəni çəkmək qərarı alınır. Bu Vasyanın filmdə sonuncu rolu oldu.

«İtalyanların Rusiyada inanılmaz macərası»

Bakıda yaşayan Bərbərovlar ailəsi bir neçə heyvan saxlayırdı. Onların «Kinq» ləqəbli şirləri 3 filmdə rol almışdı: «Mənim şirim var», «Şir evdən getdi» və «İtalyanların Rusiyada inanılmaz macərası».

Sonuncu film ona böyük şöhrət gətirmişdi, ancaq…

Ryazanovun sözlərinə görə yuxulu, simpatik  və mehriban heyvan çəkilişdə bir sıra problemlər yaradıb: «Mən özlüyümdə qərar verdim ki, bu, fauna nümayəndələrinin iştirakı ilə çəkdiyim birinci və sonuncu film olacaq».

Film çəkilərkən Bərbərovlar ailəsi şirlə birlikdə bir məktəbə yerləşdirilirlər.

Çəkilişin son günlərində bir gənc şirin olduğu pəncərənin qabağında müxtəlif oyunlar çıxararaq onu qıcıqlandırmağa başlayır. Şir pəncərəni sındıraraq onun üstünə cumur. Oğlanın kənarda duran nişanlısı bunu görərək bərkdən qışqırmağa və kömək çağırmağa başlayır. Bu vaxt hadisə yerinə gələn milis şiri güllələyir.

Film onsuz bitir. Əgər diqqətlə baxsanız, körpüdən  qayığa şir yox, onun kimi geyinmiş  kaskadyor tullanır.

Qeyd edək ki, Bərbərovlar ailəsi sonradan başqa bir şiri götürüb saxlamağa başlayırlar. O, isə ailəyə faciə gətirir: ev sahibəsinə cumub onu yaralayır, evin 14 yaşlı oğlunu isə ananın gözü qarşısında parçalayır…

"Metro Goldwyn Mayer"

Bundan başqa Metro Goldwyn Mayer studiyasının şir-talismanını da digər həmcinsləri ilə eyni taleni paylaşır. Belə ki, çəkilişdən sonra təlimçiyə cuman  şir güllələnir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : aslan şir 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com