Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Yanvar

2017
16:12
574
Çində zibil və zərərli tullantılara qarşı xüsusi təyinatlilar yaradılıb

Çinin paytaxtı Pekin şəhərin meri Tsay Tsi bildirib ki, açıq səma altında barbekü, yolda tozun olması və zibilin yandırılması kimi xoşaqəlməz halların hamısı ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının zəif nəzarətinə görədir. 

Faktxəbər-in məlumatına görə, bu barədə "News Rambler" portalı yazıb. 

Onun sözlərinə görə, bunu nəzərə alaraq paytaxtda zibil və tullantılarla mübarizə aparacaq xüsusi polis dəstələri yaradılıb.  

Tsi onu da vurğulayıb ki, onların əsas işi havanın çirklənmə mənbələrini aşkarlayaraq məhv etməkdən ibarətdir.

Qeyd edək ki, ötən ilin dekabr ayında Pekində havanın çirklənməsinin qırmızı səviyyəsi elan ediləndən sonra şəxsi avtomobillərin  hərəkətinə  məhdudiyyətlər tətbiq edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru