Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2018
11:41
Çin hökuməti: İranın neft tankerində partlayış olub

ÇXR Nəqliyyat Nazirliyi bəyan edib ki, Çinin  sahilində yük gəmisi ilə toqquşandan sonra yanan İran tankerində partlayış olub.

FaktXeber.com-un RT-yə istinadla məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

«Yanvarın 10-da SANCHI tankerində partlayışla əlaqədar hadisə yerində  müvəqqəti olaraq alovun nəzarətə  alınması üzrə işlər dayandırılıb, axtarış xilasetmə gəmiləri  təhlükəsiz məsafəyə uzaqlaşıb. Alovun söndürülməsi istənilən nəticəni vermədi», - deyə bəyanatda bildirilir.

Gəmidə qəza zamanı itkin düşən  heyət üzvlərinin axtarışının davam etdiyi vurğulanır.

Xatırladaq ki, yanvarın 7-də Çinin şərq sahilində Honq Konqa məxsus yük gəmisi İranın 136 ton qaz konsendantları yükünə malik olan tankeriylə toqquşub. Nəticədə güclü yanğın başlayıb, 32 nəfər itkin düşüb.

Bildirilirdi ki, güclü yanğın tanker və ətrafdakı suları cənginə alıb, zəhərli qazlar havaya axır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran neft tankeri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2018 04:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com