Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2017
09:55
1384
Şimali Koreya ABŞ-ın hərbi bazasını vurmağa hazırlaşır

FaktXəbər-in verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ hərbi bazasına ballistik raket endirmək niyyətindədir. Bu barədə "KCNA" agnetliyi məlumat yayıb. Məlumata görə, KXDR rəhbərliyi ABŞ ordusunun Sakit okean üzərində yerləşən Quam adasındakı hərbi hava bazasını "Hvason-12" raketləri ilə vurmağı düşünür.

Quam adasındakı "Anderson" bazasında ABŞ Hərbi hava Qüvvələrinin "B-52" strateji bombardmançıları yerləşir. Şimali Koreyanın rəsmi Vaşinqtonu təhdid etməsinə səbəb Birləşmiş Ştatların BMT-nin Təhlükəsizlik Şurasında Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı məsələ qaldırmasıdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 19:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com