Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
10:35
435
Şimali Koreyada nüvə sınağına hazırlıq dondurulub - FOTO

Şimali Koreyanın Punqe-ri poliqonunda nüvə sınaqları dayandırılıb və gözləmə rejiminə keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Şimali Koreya məsələlərində ekspert olan 38 North analitik internet portalı xəbər verib.

Agentliyin məlumatına görə, nüvə başlığının yerləşdiyi ehtimal olunan mədəndən su çəkilməsi dayandırılıb. Bundan əlavə, əvvəllər fotolarda mədənin ətrafında görünən ağır yük maşınları yoxa çıxıb.

Poleqonda, bu yaxınlarda 3 yerdə voleybol yarışı keçirilib.

Analitiklər hesab edirlər ki, bütün bunlar və oxşar müşahidələr nüvə sınağı barədə qərarın müvəqqəti dondurulduğunu göstərir.

Ekspertlər hesab edirlər ki, sınaqlar Şimali Koreya rəhbərliyi tərəfindən fərman verilən an keçirilə bilər. 

Qeyd edək ki, bu günə kimi 5 nüvə sınağı keçirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru