Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Aprel

2017
20:57
605
I sinfə qəbul üzrə 30 min müraciət edilib

“Qısa vaxt ərzində (8 iş günü ərzində) paytaxtda birinci sinfə elektron qəbul üzrə 30 000-dən çox sorğu yerləşdirilib. Bu da I sinfə elektron qəbul sisteminin nə qədər səmərəli olduğunu deməyə əsas verir”.

Bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində I sinfə qəbulla bağlı məktəb direktorları ilə keçirilən görüşdə bildirilib.

Tədbirdə vurğulanıb ki, təhsil nazirinin 3 mart 2017-ci il tarixli, 123 nömrəli əmri əsasında həyata keçirilən I sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərində qəbulu prosesinə start verilib: “Bu mərhələdə məktəb rəhbərlərinin rolu və valideynlərin maarifləndirilməsi kimi məsələlər aktuallıq kəsb edir. Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu ilə bağlı qaydalarda şagirdlərin müsahibədən keçmədən məktəbə qəbul edilmələri nəzərdə tutulur. Eyni zamanda, sənəd qəbulu ilə bağlı elan lövhələri məktəblərin giriş qapılarında və valideyinlərın rahat məlumat ala biləcəkləri digər yerlərdə yerləşdirilib. Ümumilikdə, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub”.

Qeyd edək ki, görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb. Məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, təhsil müəssisələrində sənəd qəbulunun səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru