Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
14:35
1387
I sinfə qəbul üçün 58 min müraciət olunub

İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir.

İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42 325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com