Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

06 Yanvar

2017
10:55
1418
Həyətindən xanlıq dövrünə aid gümüş pullar tapdı - VİDEO

Həyətində qazıntı işləri aparan Quba sakini ərazidən 16 ədəd gümüş sikkə tapıb.

Rayonun Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun tapdığı sikkələrin iki əsr öncəyə aid olduğu ehtimal edilir.

Sikkələri muzeyə verməyi planlaşdıran Elnur deyir ki, həyətdə arxeloji qazıntı aparılarsa daha çox qədim əşya aşkarlanar.

Həyətdən tapılan pullara baxış keçirən tarixçi Anar Murtuzovun sözlərinə görə, gümüş sikkələr təxminən iki əsr əvvələ, Fətəli xanın dövrünə aiddir.

Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində yerləşdiyindən, qədim dövrdə həmin ərazidə karvansaray olduğu ehtimal olunur.

Daha ətraflı videodan izləyin:

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com