Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyul

2017
10:01
270
Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə səfər ediblər

Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, səfərdə TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri iştirak edir.

Habelə, 12 dövlətin 15 hərbi attaşesi də Alxanlıya səfər edib.

Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları iştirak edirlər.

Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində  həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaq, əraziyə baxış keçiriləcəklər.

Onlara baş vermiş hadisə barəsində yerində ətraflı məlumat veriləcək.

Onlar yaralı Quliyeva Sərvinaza da baş çəkəcəklər.

Məqalədə : Alxanlı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru