Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Yanvar

2017
12:12
643
Hüquq müdafiəçisi təhdid olunduğunu deyir

Hüquq müdafiəçisinin hədələnməsi məsələsində SOCAR-ın adının hallanmasına bu qurumdan münasibət bildiriblər.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib: «Bu məsələnin hər hansı şəkildə bizim şirkətə aidiyyəti yoxdur və ola da bilməz».

«Son 10-12 gündə sosial şəbəkə vasitəsilə ciddi təhdidlərə məruz qalıram».

Bunu AzadlıqRadiosuna Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin deməsinə görə, dekabrın 27-də Səngəçalda qaz kəmərində baş verən partlayış barədə informasiya yaydıqdan sonra bu təhdidlər artıb:

«Hələlik, ad çəkmək fikrində deyiləm. Odur ki, ad verməyəcəyəm, amma mənə qarşı təxribatlar var. Tələb edirlər ki, qəzalar barədə danışmayım, SOCAR-ı tərifləyim. Təxribata çəkirlər. Qəzalar barədə, siyasi məhbuslar haqda yazdığıma görə Prezident Aparatına xəbər verdiklərini bildirirlər».

M.Qəhrəmanlı bu təhdidin rəsmi səviyyədə olmasına inanmır. Bunu daha çox ayrı-ayrı məmurların əməli sayır: «Mən daim neftçilərin iş şəraitinin pis olması ilə bağlı dövlət qurumlarını tənqid etmişəm, indi də edirəm. Qəzalara, itkilərə görə məmurları təqsirli bilmişəm, gənclərin əsassız həbslərinə görə onları tənqid etmişəm».

M.Qəhrəmanlı vurğulayır ki, şəxsinə olan təhdidlərlə bağlı məsələni ictimailəşdirməkdə məqsədi özünü sığortalamaqdır:

«Hakimiyyət həbs edir, bu məsələdə isə ayrı-ayrı adamlar var, burada gözlənilməz çox şey ola bilər. Amma, hələlik, şikayət etməyəcəyəm, amma məsələ daha da ciddiləşsə, o zaman bunu edəcəyəm».

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, SOCAR-dan münasibət almaq mümkün olmayıb.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru