Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Mart

2017
12:15
578
Hollandiya Türkiyədən üzr istməməsi xəbərinə RƏSMİ Münasibət

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, Hollandiyanın baş naziri Mark Rutte türkiyəli həmkarı Binəli Yıldırma zəng edərək Roterdamdakı hadisələrlə bağlı üzr istəyib. Bu barədə ictimaiyyətə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

"Habertürk" qəzeti isə yazır ki, Ruttenin sözçüsü Yıldırımın açıqlamasına münasibət bildirərkən bunları deyib: "Bu vəziyyət (Müvəqqəti işlər üzrə vəkil və baş konsulun saxlanılması) polisin onları tanıya bilməməsi səbəbindən baş verib. Diplomat olduqları dəqiqləşdikdən dərhal sonra sərbəst buraxılıblar. Baş nazir Rutte, şənbə günü axşam Baş nazir Yıldırımla telefon danışığında Hollandiyanın bu məsələni araşdıracağını bildirmişdi. Bu araşdırmadan sonra Hollandiyanın Vyana Müqaviləsinə zidd rəftar etməsi dəqiqləşsə, buna görə təəssüf etdiyimizi bildirmək istərdik".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru