Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
12:27
359
HƏMAS Əlcəzairə yerləşir

FaktXəbər-in verdiyi məlumata görə, Fələstinin müqavimət hərəkatı olan HƏMAS təşkilatı Qətərdəki ofisini Əlcəzairlə dəyişmək niyyətindədir. Bu barədə "Əş-Şərqul Əl-Əvsət" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, HƏMAS öz üzvlərini Livandan tutmuş Malayziyaya qədər səpələyib. Əsas qərargah kimi isə Əlcaziri seçib. Əlcəzair hökuməti hələlik HƏMAS təşkilatının müraciətinə rəsmi cavab verməyib. 

Qeyd edək ki, Qətərlə Səudiyyə Ərəbistanı arasında narazılığın əsas sbəblərindən biri də rəsmi Dohanın HƏMAS təşkilatına himayədarlıq etməsidir. Bu təşkilatın lideri Xalid Məşəl olsa da, o, müxtəlif ölkələrdən sığınacaq alaraq orada yaşayır. HƏMAS təşilatı seçkilərdə qalib gəldikdən sonra Qəzzada İsmayil Haniyyənin başçılığı iləhökumət formalaşdırıb.  Fələstin Qəzza və İordan çayının Qərb sahilindən ibarət olduğu üçün ikinci hissə Mahmud Abbas administarsiyasının nəzarətindədir. 

İsrail rejimi Mahmud Abbasla razılığa gəlsə də, HƏMAS təşkilatı ilə işğal olunmuş Fələstin torpaqlarına görə müharibə şəraitindədir. 

Məqalədə : HƏMAS 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru