Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2013
14:52
1529
“Hökumət təhsil işçilərinin əmək haqlarını ən azı iki dəfə artıra bilər”
Qubad İbadoğlu: “Mümkündür ki, əmək haqlarının artımı mərhələ-mərhələ həyata keçirilsin”

“Azərbaycanda təhsil büdcəsi 2013-cü il üçün 1,5 milyard nəzərdə tutulub. Bunun təxminən 80%-ə qədəri yəni 1,2 milyard manatı əmək haqqına sərf edilir. Əmək haqlarının ən azından iki dəfə artırılması ümumilikdə dövlət büdcəsindən hər il təhsil işçilərinə 2,4 milyard manat əmək haqqı vermək deməkdir. “

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Qubad İbadoğlu “Azərbaycan hökumətinin imkanları təhsil işçilərinin əmək haqlarının hansı həddə qədər artırmağa imkan verir”, - sualını cavablandırarkən qeyd edib.

Müsahib bildirdi ki, Azərbaycan hökumətinin təhsil işçilərinin əmək haqlarının ən azından iki dəfə artıra bilər: “Ölkədə təhsil işçilərinin sayı getdikcə azalan xətt üzrə inkişaf edir. Bu azalma təhsil işçilərinin əmək haqlarının artırılma səbəbi kimi çıxış edə bilər. Eyni halda təhsildəki özəl sektorunun yerinin genişlənməsi bu amillərdəndir.”

Sonda ekspert qeyd etdi ki, təhsil sahəsindəki aparılan islahatlardan ən mühümü əmək haqları ilə bağlı olmalıdır: “Mümkündür ki, əmək haqlarının artımı mərhələ-mərhələ həyata keçirilsin.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru