Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 İyun

2017
12:15
1067
Həkimlər əməliyyat zamanı futbola baxdılar - VİDEO

Çili Universiteti yanında klinik hospitalın  həkimləri mürəkkəb əməliyyat zamanı  Konfederasiya Kubokunda  Çili və Portuqaliya  arasında gedən oyunu izləyiblər. FaktXeber.com-un verdiyi məlumata görə, bununla əlaqədar artıq yoxlamalara başlanılıb.

Xatırladaq ki, Portuqaliya və Çili milli komandalarının qarşılaşmasının əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə olunmuş 30 dəqiqə ərzində də komandalardan heç biri qapıya yol tapa bilməyib.

Qalib penaltilər seriyasından sonra bəlli olub. Çilinin qapçısı Bravonun inamlı oyunu sayəsində komandası qələbə sevincini yaşayıb. Belə ki, Bravo Portuqaliya millisinin Quaresma, Moutinyo və Nani kimi futbolçularının zərbələrini dəf edib. Portuqaliya – Çili - 0:0 (penltilər: 0:3)

Xəstəxananın  rəhbərliyi  həkimlərin bu davranışını qətiyyətlə pisləyib. Bununla belə, hospitaldan bildirilib ki, əməliyyat uğurlu keçib, xəstənin vəziyyəti qənaətbəxşdir.

Məqalədə : futbol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru