Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2019
17:07
550
Hindistan İranla neft ticarətini davam etdirəcək

Hindistanın “Bharat Petroleum Corporation Limited” şirkəti cari ilin fevral və mart aylarında İrandan 1 milyon barrel neft alacaq. “The Financial Express” qəzeti xəbər verir ki, şirkət İrandan xam nefti almaq üçün sifariş verib.

Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar bəyan edib ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, Hindistan İranla ticarət əlaqələrini davam etdirəcək. Onun sözlərinə görə qarşılıqlı razılaşmaya əsasən neft ticarəti milli valyuta ilə aparılacaq.

Xatırladaq ki, Hindistan İranın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 13,8 milyard dollara çatıb.

Qəzet yazır ki, ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Qeyd olunub ki, ötən ilin avqustunda sanksiyaları bərpa edən ABŞ 6 ay müddətinə Çin, Yaponiya, Hindistan, İtaliya, Yunanıstan, Türkiyə, Tayvan və Cənubi Koreyaya İrandan neft almağa icazə verib. Lakin görünən odur ki, Hindistan ilə Çin İrandan neft almaqda davam edəcəklər./Azərtac

Məqalədə : İran neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3465

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1652

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2819

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1106
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 07:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru