Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 İyul

2017
16:23
720
Şəhidin medalı ailəsinə təqdim olunub

Bu ilin iyun ayında Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən Sultan Şahvələdovun “Şücaətə görə” medalı ilə təltif olunması barədə müdafiə nazirinin əmri mərasim iştirakçılarına çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S. Şahvələdovun yaşadığı qısa, lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir. Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda şəhidin ruhuna ehsan verilib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru