Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 İyul

2017
09:24
248
Şəhid Hüseyn Əkbərli Cəlilabadda dəfn olunub - VİDEO

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün  dəfn olunub.

Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.

Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad  Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə  təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.

***

16:56

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn ediləcək.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dDSilahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu H. Əkbərli Hüseyn şəhid olub.

Məqalədə : Şəhid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru