Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Oktyabr

2017
16:20
23052
Şəhid atası: Övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? - VİDEO

İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.

Faktxeber.com məlumamat verir ki, F.Zeynalov “Ölkə.Az”-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib: 

“Mən traktorçuyam. Oğlumun şəhid olduğu gün traktor idarə edirdim. Xəbəri eşidən kimi dərhal işdən evə gəldim və paltarımı dəyişə bilmədim. Özümdə deyildim. Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? Oğlumun şəhid olması barədə də ilk olaraq mənə məlumat verilməyib. Telefonum bağlı olduğu üçün qardaşıma zəng ediblər. Bizə oğlumun şəhid olduğunu deməyiblər. Əvvəlcə bizə deyildi ki, oğlunuz yaralanıb. Bunu da biz pis olmayaq deyə belə deyiblər”. 

F.Zeynalov oğlunun Vətən yolunda şəhid olmasındam fəxr hissi duyduğunu söyləyib: “Oğlum Vətən yolunda şəhid olub. Mən buna görə fəxr edirəm!”. 

Məqalədə : Şəhid Atası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru