Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Aprel

2017
13:43
1384
Şəhid Mübariz İbrahimovdan bəhs edən filmin ilk fraqmenti yayılıb - VİDEO

Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb. Keyfiyyətli ekşın səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanan tizerin böyük əks-səda doğuracağı gözlənilir. 

Film Türkiyənin "İst Film" şirkəti tərəfindən ərsəyə gətiriləcək. 

Kifayət qədər yüksək büdcəyə malik olan tizer, İstanbulda “İst Film” çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib. 

Filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. 

Xatırladaq ki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İst Film” yaradıcı qrupu və ssenarist Bakiya gələcək.

Qeyd edək ki, filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq.

Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru