Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
12:39
1857
Şəhid analarının sevinci ürəklərində qaldı - Gecə ilə şəhid plakatları söküldü

Bir neçə gün öncə aprel şəhidlərinin - Əbdülməcid Axundovun, Şülan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin və digərlərinin plakatları hazırlanaraq yaşadıqları evin qarşısında asılmışdı.

Bu addım ictimaiyyət tərəfindən müsbət qarşılansa da, şəhid ailələrinin sevinci uzun sürməyib.

Belə ki, insanlar bir neçə gündür yuxudan oyanıb küçəyə çıxarkən ilk qarşılaşdıqları və qürur duyduqları şəhidlərin plakatlarının söküldüyünü görüblər. Aprel şəhidlərindən olan Əbdülməcid Axundov və Şülan Bayramovun plakatları artıq ərazidən götürülüb.

Vətən uğrunda canını fəda edən şəhidlərə qarşı sərgilənən bu münasibət həm ictimaiyyətin, həm də onların ailələrinin hiddətinə səbəb olub.

Şəhid anaları hətta özlərini yandıracaqlarını, bu laqeyd münasibətə dözə bilməyəcəklərini deyiblər.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib ki, xəbəri eşidəndən məhv olublar: “ Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”.

Qeyd edək ki, plakatların dəqiq kim tərəfindən söküldüyü açıqlanmasa da, bu işin Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirildiyi güman olunur. / islaminsesi.info

Məqalədə : Aprel şəhidləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru