Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 İyun

2017
18:34
4683
Heydər Əliyev Beynəlxalq Hava Limanında biabırçılıq

Heydər Əliyev Beynəlxalq Hava Limanında kuryoz hadisə baş verib.

FaktXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, insident 16:40-da Bakı-Moskva reysi ilə (Biznes-klass) uçmalı olan sərnişinin başına gəlib.

Belə ki, o, reys qeydiyyatından keçmək üçün (check-in) AZAL aviaşirkətinin əməkdaşına yaxınlaşaraq pasport və biletini təqdim edib. Minmə talonu və pasportunu alan sərnişin uçuşöncəsi yoxlamadan keçmək üçün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına yaxınlaşıb. Oradan da keçən şəxs uçuş üçün gözləmə zalına gedib. Burada əyləşərkən isə DSX əməkdaşları sərnişinə yaxınlaşaraq bir yanlışlıq olduğunu, AZAL əməkdaşının ona səhvən Məmməd Məcidli adlı şəxsin pasportunu verdiyi və bu halın onların diqqətindən yayındığını bildirərək üzr istəyiblər. Həmçinin, həmin şəxsin qeydiyyat şöbəsində gözlədiyini qeyd ediblər.

Sərnişin minmə talonunu alan zaman aviaşirkət işçisinin geri qaytardığı pasporta baxmadığını və M.Məmməd adlı şəxslə heç bir oxşarlığı olmadığı halda DSX-nın yoxlamasından asanlıqla və maneəsiz keçdiyini bildirib.

Məqalədə : aeroport 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru