Tarix:30-12-2016 10:29
Əhəd Abıyev “MTN işi” üzrə istintaqa şok ifadələr verib
Şərh yaz
Daşkəsən rayon İcra Hakimiyyətinin (İH) başçısı Əhəd Abıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov cinayət işi üzrə ifadə verib.
 
“Report”un əldə etdiyi məlumata görə, Abıyev Əhəd Mikayıl oğlu ifadəsində göstərib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2.000.000 manat məbləğində pul vəsaiti ayrılıb. Həmin pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən Maliyyə Nazirliyinin əmri ilə ayrılıb. Bundan sonra, həmin tikinti işlərinin görülməsi üçün qanunun tələblərinə əsasən açıq tenderin keçirilməsi barədə 10.09.2014-cü il tarixdə 196 nömrəli “Respublika” qəzetində elan yerləşdirilib, həmçinin rayon İH Başçısının müavini Cavanşir Qocayev, hüquq şöbəsinin müdiri İlhamə Bayramova, rayon memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, həmin şöbənin aparıcı mütəxəssisi Elman Ələkbərov, rayon İH-nin baş mühasibi Kazım Abdullayev, maliyyə idarəsinin əməkdaşı Nürəddin Məmmədov, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin regional şöbəsinin baş məsləhətçisi Şamil Hüseynovdan ibarət tender komissiyası yaradılıb. 16 sentyabr 2014-cü il tarixli tender komissiyasının yekun protokoluna əsasən “Dizayn Construction” MMC tenderdə qalib gəlmiş və yuxarıda qeyd edilən tikintilərin aparılması üçün tərəfindən 16 sentyabr 2014-cü il tarixli müqavilə imzalanıb. Əvvəllər Daşkəsən rayonunun ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş yaşayış evlərinin və sosial obyektlərin bərpası ilə əlaqədar olan işlər qeyd edilən şirkət tərəfindən yerinə yetirilib və həmin işlər görüldüyünə görə şirkətə 500.000 manat məbləğində pul vəsaiti ödənilib. 17 sentyabr 2014-cü il tarixdə həmin şirkətin bank hesabına pul vəsaiti köçürülüb, həmçinin şirkətlə olan şifahi danışıqlara görə köçürülmüş vəsaitin bir hissəsi inşaat materiallarının alınması üçün onlara verilməli, körpülərin və avtomobil yollarının tikilməsi üçün istifadə edilməli olan inşaat materiallarını onun göstərişi ilə Elman Məmmədov həmin gün almalı və Daşkəsən rayonu ərazisinə gətirməli olub. İnşaat materiallarını almaq üçün Elman Məmmədov 17 sentyabr 2014-cü il tarixdə səhər Bakı şəhərinə gedib, həmçinin Bakı şəhəri, Dərnəgül bazarında inşaat materialları ilə yüklü avtomobillər hazır olduğu üçün Elman Məmmədova saat 16:00-da həmin avtomobillərdə olan inşaat materiallarının dəyərini ödəməklə yola salınması barədə göstəriş verib.
 
Lakin saat 16 radələrində Elman Məmmədovun mobil telefon nömrəsinə bir neçə dəfə zəng edərək ondan cavab ala bilmədiyindən, narahat olaraq sonuncunun evinə də zəng edib, lakin tapa bilməyərək “Dizayn Construction” şirkətinin telefon nömrəsinə zəng edib Elman Məmmədovun olduğu yer barədə soruşub. Təxminən saat 16:30-da şirkətdən tanımadığı bir nəfər zəng edərək Elman Məmmədovun MTN tərəfindən tutulması barədə ilkin məlumatı verib. Ona verilən məlumatdan şirkətin nümayəndəsi ilə Elman Məmmədovun tutulması barədə ilkin məlumatın bankdan alındığını başa düşmüş, dərhal Bakı şəhərinə yollanıb və saat 20 radələrində MTN-in inzibati binasın qarşısına gəlib. Özünü təqdim etdiyinə baxmayaraq içəri buraxmayıb, yalnız 30-40 dəqiqədən sonra Elman Məmmədovun orada saxlanılmasını təsdiq ediblər. O, içəri buraxılmadığından çox əsəbiləşərək nəzarət-buraxılış məntəqəsinin qarşısında öz narazılığını çox kobud şəkildə bildirib, həmçinin Elman Məmmədovu tutan şəxslərin kim olduğu barədə dəfələrlə soruşub, nəhayət Elman Məmmədovun MTN-in 4-cü Baş idarəsinin əməkdaşları tərəfindən tutulması barədə məlumat aldıqdan sonra, öz tanışlarının imkanlarından istifadə etməklə həmin idarənin sabiq rəisi Sübahir Qurbanovun mobil telefon nömrəsini öyrənib zəng edib. Lakin, Sübahir Qurbanovla söhbəti alınmayıb, sonuncudan qəti olaraq Elman Məmmədovun buraxılmasını təmin etməsini tələb edib, Sübahir Qurbanov isə hay-küy qaldırdığına görə narazılığını bildirib sakit olmasını tələb edib. O, təxminən yarım saatdan sonra yenidən Sübahir Qurbanova zəng edib, lakin heç bir müsbət nəticə olmayıb. Lakin o, oradan heç yerə getməyərək nəzarət-buraxılış məntəqəsində olan əməkdaşlara Elman Məmmədov buraxılanadək orada qalacağını deyib.
 
Həmçinin o, nazir Eldar Mahmudovun onu qəbul etməsini xahiş edib, lakin yenə də hər hansı müsbət nəticə olmayıb. Bundan sonra nəzarət-buraxılış məntəqəsindən çıxan şəxslərdən bir neçəsi onu tanıyaraq nə baş verdiyini soruşub, həmçinin “Agbank”ın sahibi Çingiz Əsədullayevə də bu məsələni həll etmək üçün zəng edib, lakin sonuncu bu barədə ona qəti söz verməyib. Nəhayət gecə saat 24 radələrində Elman Məmmədov buraxılıb, sonuncu oradan çıxdığı zaman qollarında qandal izlərinin olduğuna fikir verib, Elman Məmmədov ona tikinti sahəsində Daşkəsən rayon İH tərəfindən görülmüş işlər barədə MTN-də bütün məlumatların olduğunu, izahatında pul vəsaitinin ələ keçirilməsində Samir Şərifovun və onun iştirakının olduğunu yazmasını tələb etdiklərini, lakin buna razı olmayaraq hər hansı izahat verməkdən imtina etdiyini deyib. Bundan sonra Elman Məmmədovla işləmiş əməkdaşların hədə-qorxu gələrək onu da oraya gətirməklə tutacaqlarını, həmçinin 1.000.000 manat pul vəsaitini verməli olduğunu deyiblər. Elman Məmmədovu ona təhvil verən MTN-nin əməkdaşı ona səhəri gün saat 10:00-da Eldar Mahmudovun onu qəbul edəcəyini bildirib. Həmçinin, Elman Məmmədov yanında olduğu zaman həmin şəxsdən pulların qaytarılmasını tələb edib, lakin həmin şəxs onun dediyinə hər hansı məhəl qoymadan kobud şəkildə rədd cavabı verib. Səhəri gün saat 10:00-da o, Eldar Mahmudovun qəbuluna gəldikdə, nəzarət-buraxılış məntəqəsində hərbi qeyimdə serjant rütbəsində olan şəxs onu yuxarı qaldırdıqdan sonra, qeyd etdiyi vaxtda qəbul olunub. Aralarında söhbət başlandığı an Eldar Mahmudov söyuş söyməsindən narazılığını bildirdikdə o, “mən söyüş söymüşəm, lakin sizin əməkdaşlarınız qulduruq edib tikinti üçün pulları ələ keçirirlər” sözləri ilə cavab verib.
 
Bundan sonra aralarında olan söhbətlər sülh şəraitində davam edib, o, Eldar Mahmudovun əməkdaşlarının hərəkətlərindən bir neçə dəfə narazılığını bildirib, həmçinin ondan 1.000.000 manat məbləğində pul vəsaitlərinin tələb edildiyini deyib. Eldar Mahmudov onun yanında daxili telefon vasitəsilə zəng edərək onunla hər hansı işlərinin olmaması barədə göstəriş verib Bundan sonra Eldar Mahmudov onu yola salıb, lakin Elman Məmmədovdan götürülmüş 680.000 manat məbləğində pul vəsaitlərinin qaytarılması barədə hər hansı göstəriş verməyib. O, Eldar Mahmudovun otağından çıxarkən onu aşağıya yola salan şəxsdən həmin pulların qaytarılmasını tələb edib, lakin həmin şəxs ona rədd cavabı verməklə ona və Elman Məmmədova böyük hörmətin olunduğunu, onlardan 1.000.000 manat məbləğində pulun alınmadığını və buna görə Elman Məmmədovdan götürülmüş pulların qaytarılmasının mümkün olmadığını deyib. Bundan sonra o, Eldar Mahmudovla hər hansı əlaqə saxlamayıb və görüşməyib. Bundan sonra o, məcbur olaraq planlaşdırılmış tikinti işlərinin davam etdirilməsini təmin edib.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
 
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Əhəd - Abıyev - “MTN - işi” - üzrə - istintaqa - şok - ifadələr - verib -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:30-12-2016 10:29 - Oxundu: 446
Hüquq
24-02-2017 15:06 DTX əməliyyat keçirib, 2 nəfər həbs edilib
24-02-2017 12:43 DİN cinayəti “isti izlərlə” açmağa müyəssər olub
24-02-2017 12:12 Mehman Hüseynovla bağlı iddia icraata götürülüb
23-02-2017 21:56 Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
23-02-2017 20:42 Şeyx Sərdar Hacıhəsənli barəsində 37 gün həbs qətimkan tədbiri seçilib
23-02-2017 14:23 Saakaşvili Ukraynada həbs oluna bilər
23-02-2017 12:23 Vergi ödəyiciləri üçün - YENİ QAYDALAR
23-02-2017 10:25 Avropa Parlamentinin üzvləri barəsində cinayət işi başlanıb
22-02-2017 20:45 Azərbaycanlı İŞİD terrorçusu 10 il müddətinə azadlıqdan məhrum edilib
22-02-2017 20:14 Azərbaycan İnterpola sorğu göndərib
22-02-2017 20:09 Vəkil: "Sərdar Hacıhəsənli barəsində həbs qətimkan tədbiri seçilib"
22-02-2017 16:29 AİP-in sədr əvəzi ruhani Sərdar Hacıhəsənlinin həbsinə etiraz edib
22-02-2017 15:26 Vidadi Zeynalov satmaq istədiyi 12 milyonluq əmlakı hansı pulla alıbmış?
22-02-2017 14:42 Eldar Mahmudovun da dindirilməsi tələb olundu
22-02-2017 13:06 "Aztelekom"un sabiq rəhbəri ilə məhkəmə arasında insident...
22-02-2017 12:03 Ramil Usubov öz oğlunu rəis təyin etdi
21-02-2017 15:13 MTN generalının məcburi müalicəyə göndərilməsi barədə vəsatət verilib
21-02-2017 09:16 Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək
20-02-2017 20:35 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
20-02-2017 14:00 "Kiminsə hətta dünya səviyyəli idmançı olması qanunsuzluğa..."
20-02-2017 11:37 Hakimin oğlunu avtomobillə vurub öldürən şəxsə hökm oxunub
20-02-2017 11:35 Ombudsman Milli Məclisə hesabat verəcək
18-02-2017 10:30 Elşən Mustafaoğlu Apellyasiya Məhkəməsinə müraciət edib
16-02-2017 14:29 Prezident sərəncamının ömürlük məhbuslara şamil olunması xahiş edildi
15-02-2017 14:18 Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK
15-02-2017 12:33 Azərbaycanda hakimlərin aylıq GƏLİRLƏRİ
15-02-2017 10:14 Yeni sərəncama əsasən ölkədə dustaqların sayı kəskin azala bilər...
14-02-2017 16:27 "Rədd olun buradan" - General Mirvətova - FOTO
13-02-2017 16:34 Qulu Məhərrəmli məhkəməni necə uddu?
13-02-2017 13:51 “Nardaran işi” ilə bağlı məhkəmə davam etdirilib
11-02-2017 10:22 Sürücülük vəsiqəsinin verilməsi qaydalarına dəyişikliklər edildi
10-02-2017 12:55 Lapşinin həbs edilməsinə RƏSMİ münasibət
10-02-2017 12:52 Avropa Məhkəməsi aprel döyüşlərinə hüquqi qiymət verəcək
10-02-2017 10:38 Konstitusiya Məhkəməsindən Lapşinlə bağlı - AÇIQLAMA
09-02-2017 22:33 Lapşin Rusiya səfirliyinin əməkdaşları ilə görüşüb
09-02-2017 21:35 İki məhkəmə hakimi vəzifəsindən azad olunub
09-02-2017 15:00 Ədliyyə naziri Ucarda vətəndaşları qəbul edəcək
09-02-2017 12:00 DİN bloger Mehman Hüseynovu məhkəməyə verib
09-02-2017 11:17 Milli Məclisə soyqırım layihəsi barədə qanun təqdim olunacaq
08-02-2017 22:48 Satılan maşın İtaliyada oğurlanıb - DYP oğurluq maşını RƏSMİLƏŞDİRİB - VİDEO
08-02-2017 11:08 Aleksandr Lapşin Kürdəxanı həbsxanasına köçürülüb - RƏSMİ
07-02-2017 15:05 Lənkəran sakini polis tərəfindən döyüldüyünü bildirir - FOTO
07-02-2017 14:42 Belarus Ali Məhkəməsi: Lapşin Azərbaycana veriləcək
07-02-2017 12:56 50 milyonun necə oğurlanmasının detalları açıqlandı
07-02-2017 11:16 Gerb formasında olan möhürlərin yeni istifadə qaydaları təsdiqlənib
07-02-2017 09:43 DİQQƏT! 2018-ci ildən şəxsiyyət vəsiqələrində yenilik...
06-02-2017 16:20 Səlahiyyətli şəxslərin cərimə hesabı artırıldı
06-02-2017 11:04 Hansı elektron xidmətlərdən vergi tutulacaq? – SİYAHI
06-02-2017 09:54 Heydər Əliyevin yubileyinə görə buraxılmış qızıl pulları kim oğurlayıb?
04-02-2017 20:50 Prokurorluq orqanlarının 58 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
04-02-2017 13:06 Alimentlərin alınmasının dərhal icrasına başlanılıb
04-02-2017 10:31 Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir
04-02-2017 10:06 Parkomata pul verməyənlər cərimələnəcək - RƏSMİ
03-02-2017 14:32 DİN və DTX Qəbələdə birgə əməliyyat keçirib
03-02-2017 14:27 Arvadıyla birgə "İŞİD"ə qoşulan şəxsə - HÖKM OXUNDU
03-02-2017 11:49 "Əli Abbasov gəlməyənə qədər ifadə verməyəcəm"
02-02-2017 21:58 Borcu qurtarsa da, bank evin sənədlərini vermir - VİDEO
02-02-2017 16:10 Natiq Kərimov məhkəmədə özünü təqsirli bilməyib
02-02-2017 15:44 "Nardaran işi": Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi keçirilib
02-02-2017 12:38 NİDA-çı gənclərin şikayəti Avropa Məhkəməsinin icraatına qəbul edilib

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

"Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
24-02-2017 10:04
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
24-02-2017 10:25
Avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO
24-02-2017 11:31
Ukraynada oğurlanan deputatın başında torba ilə FOTOLARI paylaşıldı
24-02-2017 10:00
Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
24-02-2017 10:06
Düşmənin növbəti təxribatının qarşısı alınıb - VİDEO
24-02-2017 11:04
Hindistanda 17 yaşlı yeniyetmə öz dəfnində "dirildi"
24-02-2017 13:57
Hollandiya hava limanında təyyarənin qanadı yerə çırpıldı - VİDEO
24-02-2017 11:14
Masallıda Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdilər - FOTO-VİDEO
24-02-2017 15:18
Azərbaycanda "VAZ-21011"ə "Qazel" yükü vurdular - VİDEO
24-02-2017 11:09
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az