Tarix:28-01-2017 12:01
Həcc xərci 8 min manat oldu – Azərbaycandan cəmi 600 nəfər gedəcək
Şərh yaz
Azərbaycanda 2017-ci il Həcc ziyarəti qiymətləri açıqlanıb və ziyarət üçün sənəd qəbulu başlayıb. Məlum olub ki, bu il Həcc ziyarətində bir sıra yeniliklər var. QMİ-dən verilən məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq vahid ziyarət qiymətləri olacaq və zəvvarlar yalnız təyyarə ilə ziyarətə gedə biləcəklər.
 
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Kvota da dəyişilib, məlum olub ki, bu Azərbaycandan Həcc ziyarəti üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il bu rəqəm 1400 nəfər idi. Yəni bu il bir az da azalacaq.
 
Qeyd edək ki, Azərbaycanda bir qayda olaraq hər il Həcc ziyarəti ilə bağlı hansısa “yeniliyin” şahidi oluruq. Bu il də fərqlənməyib. Və göründüyü kimi, bu il qiymətlər və kvota dəyişib. Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda Həcc kvotası ilk dəfə 8 il əvvəl - 2009-cu ildə azaldılıb. Həmin vaxta qədər Azərbaycandan 6 min insan ziyarətə gedib. Ancaq 2009-cu ilin yayında gözlənilmədən kvota 6 min nəfərdən 2 minə endirildi. Bu qərarı Şeyxülislam elan etsə də, sonradan məlum oldu ki, hökumətin qərarı olub. Sonrakı illərdə bu rəqəm yenidən tədricən artdı və ildə 4 min nəfərə çatdı. Və yenidən gözlənilmədən 4 dəfə azaldıldı. Son olaraq ziyarətə 1400 nəfərin getdiyi bildirilirdi.
 
Bu il isə kvota 600 nəfərə, yəni 8 il əvvəlkindən nə az, nə çox - 10 dəfə azalıb. Bu bir tərəfdən, son illərdə ölkədəki iqtisadi vəziyyətlə əlaqədardırsa, digər tərəfdən də din sahəsində davam edən vəziyyətlə bağlıdır. Hər halda kvotanın ilk günlərdə endirilməsi rəsmi qərarla olub.
 
Amma Azərbaycan vətəndaşlarını ən çox narahat edən Həcc qiymətlərinin bahalaşması oldu. Yəni yerli manatla hesablandıqda bu il Həcc ziyarətinə getmək istəyənlər 3850 dolların indiki kursu ilə hesablasaq 7500 manat civarında pul ödəməli olacaqlar. Məsələ ondadır ki. dollarla hesabladıqda əslində Həcc ziyarəti qiymətlərində elə də ciddi dəyişiklik yoxdur. Hətta ilk devalvasiyadan əvvəlki qiymətlərə baxdıqda ucuzlaşma var. Çünki bir zamanlar azərbaycanlılar Həcc ziyarətinə 5 min manatdan çox pul ödəyirdilər. Ancaq indi kəskin devalvasiya olub və dolların bahalaşması nəticəsində qiymətlər iki dəfə bahalaşıb.
 
Yeri gəlmişkən, əvvəlki illərdə 3500-4500 dollar arasında dəyişirdi. Aradakı fərq isə otellərə görə idi. Ancaq bu ildən o fərq ləğv olunub və yalnız bir qiymətə ziyarət təşkil olunacaq. Qiymətlər isə manatla ödənməklə.
 
QMİ Həcc ziyarətində ildən ilə qiymətlərin bahalaşmasını adətən Səudiyyə Ərəbistanında qiymətlərin bahalaşması, otel kirayəsi qiymətinin artması ilə izah edir. Bu məsrəflər dollarla ödəndiyi üçün QMİ də bir qayda olaraq hesablaşmanı, qiymətləri dollarla hesablayır. QMİ-nin elan etdiyi məlumatlara əsasən, bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
 
Bundan başqa, son illərdə Həcc ziyarəti zamanı bir sıra yeniliklər tətbiq olunmağa başlayıb. Bunlar, zəvvarların məcburi həyat sığortası, hotellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyanaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması kimi xidmətlər daxildir.
 
Hər halda qiymətlər indi çox adamı məyus edir və ziyarət azərbaycanlılar üçün bahalı məsələyə çevrilir. Həm manatın dəyər itirməsi. Buna paralel, əhalinin gəlirlərinin azalması, iqtisadi vəziyyətin pisləşməsi fonunda azərbaycanlıların 8 min manata yaxın (sentyabra qədər devalvasiyanın artımından asılı olacaq) pul ödəməsi xeyli çətindir.
 
Ancaq onu da nəzərə almaq lazımdır ki, hətta indiki dollarla olan qiymətlər belə digər ölkələrlə müqayisədə baha hesab olunur. Nisbətən daha ucuz qiymətə ziyarət də təşkil etmək mümkündür, amma görünür, həm idarədə bu məsələdə təşəbbüskarlığın olmaması və daha az gəlirlə bu işi görməyə həvəssiz olmaları səbəbindən bu işə qol qoyan yoxdur. 
 
Digər tərəfdən, Həcc ziyarətinin təşkilinin yalnız rəsmi qurumlara tapşırılması səbəbindən başqa könüllü qrupların bu ziyarəti təşkil etmək imkanları faktiki olaraq yoxdur. Bu isə rəqabətin olmaması, daha az qazancla bu işi görmək istəyənlərə imkan tanınmamasına səbəb olur.(musavat)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Həcc - xərci - 8 - min - manat - oldu - - Azərbaycandan - cəmi - 600 - nəfər - gedəcək -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:28-01-2017 12:01 - Oxundu: 698
Mənəviyat
25-04-2017 12:00 Bu gün MƏBƏS bayramıdır
22-04-2017 14:08 Krımda ən böyük məscidin inşaasına başlanıldı - VİDEO
20-04-2017 12:33 34-cü Beynəlxalq Quran Yarışı başladı: Azərbaycan bir nümayəndə ilə təmsil olunur
19-04-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 21-Cİ YOL
15-04-2017 11:59 Xristian aləmi Pasxa bayramını qeyd edir
13-04-2017 12:20 Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdür
11-04-2017 11:23 Bu gün Əmirəlmöminin Həzrət Əlinin (ə) mövlud günüdür
07-04-2017 16:04 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 20-Cİ YOL
05-04-2017 16:43 Qanunsuz dini nikah oxuyanlar dövlət tərəfindən cəzalandırılıcaq - Rəsmi
03-04-2017 10:54 Krımda böyük "Came məscidin" tikintisinə başlanılıb - FOTO
31-03-2017 14:36 "İlahiyyat" məscidi bağlanır? - Rəsmi AÇIQLAMA
29-03-2017 12:37 Mordoviya Məhkəməsi hicabla bağlı qadağanı ləğv elədi
29-03-2017 10:32 Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
27-03-2017 15:12 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 19-CU YOL
27-03-2017 12:25 Ermənilər daha bir tarixi abidəmizdə qazıntı işləri aparır
20-03-2017 12:38 Bakıda gülpaylama aksiyası keçirilib - FOTO
09-03-2017 16:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 18-Cİ YOL
07-03-2017 13:25 Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI
06-03-2017 11:05 Quran oxuyan atasının səhvini tutan balaca - VİDEO
03-03-2017 22:06 AİP Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı tədbir keçirib
02-03-2017 16:16 Peyğəmbər qızı barədə bir neçə sual və cavabı
02-03-2017 15:01 QMİ Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə bağlı mərasim keçirib
27-02-2017 16:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 17-Cİ YOL
23-02-2017 11:34 Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər - FOTO
21-02-2017 12:06 İslamla bağlı 3 maraqlı STATİSTİKA
20-02-2017 16:44 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 16-CI YOL
18-02-2017 12:10 QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”
13-02-2017 16:40 Həccə gedənlər səfər pulunu hissə-hissə də ödəyə biləcək
11-02-2017 21:55 Azərbaycandan bu mövsüm Ümrə ziyarətinə 200-dən çox zəvvar gedib
11-02-2017 13:11 Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür
11-02-2017 10:42 "Suriyada oturub "Azərbaycanı qan gölünə çevirəcəyik" deyənlərdən qorxmaq lazımdır"
07-02-2017 11:25 Ölkə məscidlərinin elektron axtarış xəritəsi - YENİLİK
07-02-2017 10:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 15-Cİ YOL
06-02-2017 17:06 Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək
02-02-2017 14:05 Azərbaycandan 75 nəfər Həcc ziyarətinə yola düşüb
02-02-2017 11:29 İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövlududur
30-01-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 14-CÜ YOL
28-01-2017 12:01 Həcc xərci 8 min manat oldu – Azərbaycandan cəmi 600 nəfər gedəcək
26-01-2017 15:09 Həcc ziyarətinə sənəd qəbulu başladı - QİYMƏTLƏR
25-01-2017 16:37 Qafqaz Müsəlmanları İdarəsi yeni vahid xütbə kitabı hazırlayır
24-01-2017 15:20 İmamzadədəki lövhə məsələsi aydınlaşdı: "MƏN ETMİŞƏM!"
18-01-2017 11:52 Ziyarətgahların İŞİD-dən müdafiəsi üçün orijinal üsul düşünülüb
17-01-2017 12:15 Azərbaycandan bir dəfədən artıq Həccə gedənlərin NƏZƏRİNƏ!
16-01-2017 12:25 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 13-CÜ YOL
13-01-2017 14:28 Özbəkistanda həcc ziyarətinə iki dəfə getmək qadağan edilib
13-01-2017 09:39 Masallı şəhər məscidini xarabaya çeviriblər - FOTO
11-01-2017 17:04 Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?
10-01-2017 13:00 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 12-Cİ YOL
09-01-2017 10:22 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
07-01-2017 22:30 Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı
07-01-2017 11:32 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
05-01-2017 21:41 Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək
05-01-2017 10:40 Kərbəlaya piyada getmiş azərbaycanlı ilk müsahibəsini FaktXəbər-ə verdi - VİDEO
03-01-2017 20:25 Məscidi Əqsada iki ildə 97 nəfər müsəlman olub
30-12-2016 14:55 Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb - FOTO
20-12-2016 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 11-Cİ YOL
19-12-2016 14:05 Rusiyada müsəlman telekanalı yaradılır
17-12-2016 16:01 Bakıda “Biz səni görmədən sevdik Ya Rəsuləlalah” adlı flaşmob keçirilib
17-12-2016 13:55 Peyğəmbərin (s) mövlud günü Bakıda ağacəkmə kampaniyası - FOTO
17-12-2016 10:43 Bu gün Məhəmməd (s) Peyğəmbərin mübarək mövlud günüdür

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az