Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 May

2017
12:39
463
Hava pisləşəcək, güclü külək əsəcək, yağış, dolu yağacaq

Mayın 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi  gözlənilir. 

ETSN-dən FaktXəbər-ə verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-23° isti, Bakıda gecə  13-15° isti, gündüz  19-21° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

Mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru