Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 May

2017
12:42
804
Havanın sabaha olan temperaturu açıqlanıb

Bakı və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758  mm civə sütunu, nisbi rütubət   gecə  70-80 %, gündüz  45-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq.

Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru