Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
16:01
571
Hansı ənənə Tayland kraliçasının faciəvi ölümünə səbəb oldu?

Tayland planetimizdə əsrlərdir ki, öz ənənələrinə sadiq qalan yerlərdən biridir. Belə adətlərdən biri də  kral ailəsini ilahiləşdirməkdir. Lakin bir dəfə kor-koranə təqlid Tayland kraliçası olan  gənc qızın ölümü ilə nəticələndi. Səbəbi isə  heç kimin onu xilas etməyə cəsarətinin olmaması idi.

FaktXeber.com olaraq bu gün həmin faciə barədə məlumat verəcəyik.

Taylandın (həmin vaxt Siam adlanırdı) gənc kraliçası Sunandxa Kumariratana tay kralı  Monqkutanın (IV Rama) qızı və Kral  Çulalonqkornun (V Rama) 4 arvadından  biri idi.

Yeri gəlmişkən qeyd edək ki, «Anna və Siam Kralı» romanında Anna Leonuensə görə gənc kraliçanın atası  öz kiçik ölkəsinin sərhədlərinin xaricində də tanınırdı. Anna  5 il müddətinə Monqkutom açıq saray məkutəbində  kral uşaqlarına dərs deyən ingilis xanım idi.

Lakin bu gün söhbət kraldan deyil, faciəvi tarixi bu günlərə qədər gəlib çatmış qızından gedəcək.

1880-ci ildə 20 yaşlı Kraliça öz kiçik qızı, qulluqçuları və saray nökərləri ilə birlikdə yay sarayına yollanarkən gəmi çevrilir. Kraliça üzməyi bacarmırdı, buna görə də qulluqçuları köməyə çağırır. 

Həmin vaxt Taylandda kraliyyət qanı daşıyan qadınlara toxunma ölümlə cəzalandırılırdı. 

Bu səbəbdən hadisəni çoxsaylı insanların izləməsinə baxmayaraq, heç kim kraliçanı xilas etməyə cəsarət etmir. Şahzadənin  mühafizəçiləri də bütün cəhdlərin qarşısını alırdı. Kraliça  Sunandxa qızı ilə birlikdə  hər kəsin gözü qarşısında batır. 

Kədərdən dəliyə dönmüş  V Rama  xanımı və qızının ölümünə şahid olan hər kəsi qazamata saldırır, həmçinin  kral ailəsinin üzvlərinin xilası üçün bu qadağaları ləğv edən fərman imzalayır. Kralın son təsəllisi isə Banq Pa-İn yay sarayında əzizləri üçün ucaltdırdığı memorial olur…

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru