Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

06 Dekabr

2016
16:49
1284
Hamısı sürüşdü birdən-birə - VİDEO
Dünən yerləşdirilmiş videoya sutka ərzində 15 milyon dəfə baxılıb

FaktXəbər-in verdiyi məlumata görə, Kanadada yağan qar həyatı iflic edib. Yolların buz bağlaması bir çox qəzalara səbəb olub. Bu gün həmin qəzalardan ən qeyri-adisini təqdim edirik.

Kadrlardan görünür ki, sərnişin avtobusu yolda idarəetməyə nəzarəti itirir və işıqforda dayanan avtomobillərə çırpılır. Az keçmiş pikap sürüşərək avtobusa dəyir. Bunun ardınca isə daha bir iri sərnişin avtobusu gəlib maşına çırpılır. Lakin dram bununla bitmir. Hadisə yerinə gələn polis maşını da nəzarəti itirir və həmin avtobusa çırpılır. Bu azmış kimi qar təmizləyən maşın da onlara dəyir.

Qeyd edək ki, Willem Shepherd  tərəfindən yerləşdirilmiş videoya sutka ərzində 15 milyon dəfə baxılıb

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com