Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Mart

2017
20:24
572
Əhali avro almaqdan imtina edir

Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində yanvar ayında kommersiya banklarından xalis avro alışı 6 977,4 min təşkil edib.

Mərkəzi Bankın hesabatına görə, bu, dekabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 2 151,5 min avro və ya 23,6% azdır. Belə ki, dekabr ayında bankların xalis avro satışı 9 128,9 min təşkil edib. 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı 266 647,6 min. avro olub. Bu da 2015-ci ilin yekunu olan 829 212,5 min xalis avro satışı ilə müqayisədə 3,11 dəfə azdır.

Keçən ilin yanvarında isə bankların əhaliyə xalis avro satışının həcmi 20 357,3 min təşkil edib. Bu ilin yanvar ayında kommersiya banklarının əhaliyə xalis avro satışı keçən ilin anoloji dövrü ilə müqayisədə 2,9 dəfə azdır. (Fins.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru