Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
16:46
Hacıqabulda yol qəzasında vəzifəli şəxs ölüb

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

Hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib. 

“Mercedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yol qəzası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com