Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

26 Avqust

2017
14:18
2238
Gözləri qorumağın sadə üsulları - tibb elmləri doktoru məsləhət verir

Gözlərin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir.

FaktXəbər-in məlumatına görə, bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Aytən Sultanova "AzərTaca" müsahibəsində bildirib.

Həkim deyib: “Bu qaydalar çox sadədir və onlara riayət etməklə göz sağlamlığımızı qoruya bilərik. Düzgün işıqlandırma bu qaydalardan biridir. Kifayət qədər olmayan işıqlandırma zamanı gözlər həddindən artıq yüklənir və tez yorulur. Lakin çox güclü işıq da gözlərin yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən gün işığı lampalarından istifadə etmək daha məsləhətlidir.

Gözlərinizi tez-tez qırpmaq lazımdır və bu qayda əsasən kompüter arxasında işləyənlərə daha çox aiddir. Belə ki, kompüterdə işlədikdə insan gözlərini gec-gec qırpır. Bu isə gözlərin qurumasına səbəb olur. Gözlərin quruması isə onların sağlamlığı üçün çox ziyanlıdır.

Orqanizmdə olan hər bir əzələlər işləmələdir. Uzun müddət ərzində işləməyən istənilən əzələ zəifləyir. Bu ətraflar, ürək kimi göz əzələlərinə də aiddir. Bu səbəbdən gün ərzində uzaqda və yaxında yerləşən obyektlərə baxmaq lazımdır. Bu da xüsusilə kompüterdə işləyən insanlara aiddir. Onların uzun müddət yaxın məsafəyə baxmaları göz əzələsinin zəifləməsinə səbəb olur.

Gözü qorumağın qaydalarından biri də təmiz havadır. Hər gün təmiz havada gəzmək bir çox orqanlar kimi göz sağlamlığına da çox faydalıdır. Lakin günəş şuaları gözlərin sağlamlığı üçün ziyanlıdır. Gözlər yüksək keyfiyyətli gün eynəklərinin köməyi ilə günəş şüalarından qorunmalıdır.

Qidalanma qaydaları da göz sağlamlığında mühüm rol oynayır. Belə ki, gözlərin sağlamlığını bir sıra vitaminlər qoruyur. Bunlara sitrus meyvələrində mövcud olan C vitamini, badam və avokadoda çoxlu miqdarda olan E vitamini, bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlərin tərkibində olan A vitamini, süd məhsulları, mal əti və qaraciyərdə olan sink aiddir.

Göz sağlamlığının qorunmasının əsas yollarından biri də kifayət qədər su qəbuludur. Sağlam insan gün ərzində təxminən 2 litr təmiz su içməlidir. Bu bütün orqanizmin olduğu kimi gözlərin də sağlamlığı üçün çox vacibdir”.

Məqalədə : göz xəstəlikləri 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru