Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2017
21:28
1140
“WhatsApp”da yeni funksiyalar

“WhatsApp”ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.

FaktXəbər Technote.az-a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər picture-in-picture (“şəkil içində şəkil”) videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər.

Android Oreo ilə gələn picture-in-picture adlı yeni funksiya sayəsində bundan sonra istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər.

Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. Bundan sonra istifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz.

Həmçinin, foto və videoları bir birinə qoşaraq onları “Snapchat”dakı kimi təqdim edə bilərsiniz.

Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru