Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
12:09
Guardian: `Ərəbistan Bin Salmanın rəhbərliyi altında `sıfır tolerant` siyasət kursuna keçib`

Britaniyanın «Guardian»  qəzeti Səudiyyə rejiminə müxalif olan jurnalist və yazıçı Camal Kaşıkçının (Xaşoqi) yoxa çıxması ilə bağlı analitik yazı dərc edərək, Səudiyyənin vəliəhd şahzadə Məhəmməd Bin Salmanın rəhbərliyi altında «sıfır tolerant» siyasət kursunu seçmiş  bir rejimə çevrildiyini bildirib.

FaktXeber.com-un məlumatına görə, nəşr bildirir ki, müxalif yazar rejim əleyhinə  məqalələr dərc etdiyi üçün Səudiyyəli kəşfiyyatçılar tərəfindən oğurlanaraq öldürülüb.

«Ötən illərdə Səudiyyə Ərəbistanında cərəyan edən  siyasi proseslər aydın bir xüsusiyyətə malikdir. Belə ki, Məhəmməd bin Salmanın iqtidarı ələ keçirdiyi zamandan Ər-Riyad kimin tərəfindən olmasından asılı olmayaraq, istənilən müxalifəti tam bir qəddarlıqla repressiya edir», - deyə məqalədə bildirilib.

Xatırladaq ki, «Səudiyyə rejiminin baş bəlası» adını alan Camal Kaşıkçı oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının baş konsulluğuna müraciət etdikdən sonra yoxa çıxıb. Türkiyə mənbələri Kaşıkçının diplomatik missiyada qətlə yetirildiyini, daha sonra isə cəsədinin konsulluq binasından çıxarıldığını deyirlər.

«Əl-Cəzirə» kanalı da bazar günü səhər Camal Kaşıkçının cəsədinin İstanbulda aşkar edilməsindən xəbər vermişdi. Kanal həmçinin yazarın konsulluqda işgəncəyə məruz qalıdığı vurğulamışdı.

Beynəlxalq Amnistiya Təşkilatı da Camal Kaşıkçının öldürülməsi xəbərinə reaksiya olaraq, bir bəyanat yayıb. Bəyanatda Camal Kaşıkçının qətli Ali Səud rejiminin tənqidçilərinin hətta, ölkədən kənarda belə təhlükəsizliyə malik olmadıqları anlamında dəyərləndirilib.

Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının adı Ərəbistanda polis tərəfindən axtarışda olan və barəsində həbs qərarı çıxarılan şəxslər siyahısında olub. O, həbs olunacağından qorxaraq, təqribən bir il öncə Ərəbistanı tərk etmişdi.

Avropa Birliyi Kaşıkçının işi barədə araşdırma aparılması ilə tam razıdır. FaktXeber.com-un Associated Press-ə istinadla verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Lissabonda  Portuqaliyanın  XİN rəhbəri  Aqusto Santos Silva ilə müştərək mətbuat konfransında deyib.

O, jurnalistin yoxa çıxması ilə əlaqədar Səudiyyə rəsmilərinin şəffaf araşdırma aparmalarını istəyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 23:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com