Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyul

2017
14:05
923
“Sentyabrda cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər”

“Sentyabrda Milli Məclis prezidentin azadlığın məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncamı ratifikasiya etməlidir. Ondan sonra ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər”.

Bunu hafta.az-a açıqlamasında işçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlunun sözlərinə görə, bu addım həbsxanaların fəaliyyətinin yüngülləşdirilməsi məqsədi ilə atılacaq: “Hələlik, belə bir söhbət gündəmdə var, darıxmaq lazım deyil. Gözləməliyik görək nə olur”.

Hüquq müdafiəçisi bildirib ki, hazırda işçi qrup istirahətdədir. Hələ ki, toplaşmaq haqda xəbər yoxdur:

“Qərara almışıq ki, avqust ayında toplanaq. Çoxlu ərizələr, məhbuslardan məktublar almışıq. Onları müzakirə edəcəyik. Ərizə verənlər arasında tanınmış məhbuslardan kimsə yoxdur”. 

Məqalədə : Novella Çəfəroğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru