Tarix:13-04-2017 11:33
Görünməmiş maxinasiya: Məktəb direktorları şagird barteri ilə məşğul imiş FOTO
Şərh yaz
Azərbaycanda təhsil sistemi ilə bağlı illərdir yazılır, danışılır. Axsayan tərəflər nə qədər düzəldilsə də, yenə düzəldiləcək sahələr var.
 
Biləsuvar rayonu Şəhid İlham İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin müəllimləri Müşfiq Yadigarov, Rasim Əmirov, Şahin İsmayılov və Qalabəy Əmirov FaktXəbər-ə şikayət ərizəsi ilə müraciət edərək, səslərinin aidiyyatı orqanlara çatdırılmasını istəyirlər. 
 
Müraciətlərinin bir surətini də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban Əliyevaya, təhsil naziri Mikayıl Cabbarova, Korrupsiyaya qarşı Mübarizə Komissiyanın sədri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova və Biləsuvar rayon icra orqanlarına göndərən müəllimlər dəhşətli faktların üstünü açıblar.
 
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
 
“Bu yaxınlarda məktəbimizin sabiq direktoru olmuş, məktəbdə qanunsuz və saxta əməllərinə görə cinayət işinin istintaqı Baş prokurorluq yanında  Korrupsiyaya qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən araşdırılaraq məktəb arxivində olan sənədlər əsasında ortaya çıxmış yeni cinayət faktlarıdır. Belə ki, hazırda məktəbimizdə təhsil alan və məktəbimizin məzunu olmuş iyirmiyə yaxın şagirdimizin biz müəllimlər və valideynlərin xəbəri olmadan sabiq direktor Mənsurə Şahverənovanın digər məktəb direktorları ilə əlbir olub şagird barteri ilə məşğul olmasıdır. Bu məsul vəzifə daşıyan şəxslər məktəbimizin şagirdlərinin şəxsi işlərini bir-birinə ötürərək şagird kontingentinin sayını düzəldib, saxta siniflər təşkil etməkdən ötəri bu maliyyə maxınasiyasına əl atmışlar. 
 
Bizim məktəbdən sabiq direktorun gizli yolla digər məktəblərə sənədləri ötürülən  şagirdlər haqqında sizlərə məlumat vermək istərdik.
 
1. Yadigarova Şahanə Müşfiq qızı - (13.09.2013–cü il tarixli 865 saylı arayışla Biləsuvar rayon Nizami adına 1 saylı tam orta məktəbinin 7-ci sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 10-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
2. İsmayılov Sahil Şahin oğlu- (18.09.2013 –ci il tarixli 26  saylı arayışla Biləsuvar rayon Amankənd kənd ümumi  orta məktəbinin 4-cü sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 9-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
3. Yarməmmədli Bahar Əli qızı- (27.11.2012 –ci il tarixli 98 saylı arayışla Biləsuvar rayon Ağayrı  kənd ümumi  orta məktəbinin 7-ci sinfində  oxuduğu haqqında məlumat verilir. Şagirdin guya öz xahişi ilə ümumi icbari  təhsilini bizim məktəbdə davam etdirməsi bildirilir. Bu şagird birinci sinifdən 9-cu sinfə  kimi bizim məktəbdə təhsil alıb. Deməli, nə vaxtsa bu şagirdin sənədləri Ağayrı kənd ümumi orta məktəbinə sabiq direktor tərəfindən ötürülüb.)
4. Tağızadə Zəhra Xeyrulla- (Eyni məzmunlu,  27.11.2012 –ci il tarixli 97 saylı arayışla Biləsuvar rayon Ağayrı  kənd ümumi  orta məktəbinin 7-ci sinfində  oxuduğu haqqında məlumat verilir. Şagirdin guya öz xahişi ilə ümumi icbari  təhsilini bizim məktəbdə davam etdirməsi bildirilir. Bu şagird birinci sinifdən 9-cu sinfə  kimi bizim məktəbdə təhsil alıb. Deməli, nə vaxtsa bu şagirdin sənədləri Ağayrı kənd ümumi orta məktəbinə sabiq direktor tərəfindən ötürülüb.)
5. Kazımlı Seyid Ərkinaz Məşkur qızı-  (Məktəbin müəllimləri olaraq bu günə kimi şagird haqqında heç bir bilgimiz olmayıb. 14 noyabr 2012-ci il tarixli, 71 saylı  Arayışın məzmunundan məlum olurki T. Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəbin direktoru  şagirdin bu təhsil müəssisəsində 1-ci sinifdə oxuduğu bildirilir. Arayış Ovçubərə kənd tam orta məktəbinə təqdim etmək üçün verilib.)
6. Gözəlov Zülfiyyə Əkbər qızı - (13.09.2013 –ci il tarixli 863 saylı arayışla Biləsuvar rayon Nizami adına 1 saylı tam orta məktəbinin 7-ci sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 10-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
7. Mayılova Türkanə  İnşallah  - (bu şagirdin əsl soyadı –İsmayılovadır.)-  (03.10.2012-ci il tarixli 47 saylı arayışla Biləsuvar rayon Təyyar Əlyev adına Yuxarı Cürəli kənd  tam orta məktəbinin 10-cu  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən 11-ci sinfə kimi bizim məktəbdə təhsil alıb. Məktəbimizin 11-ci sinfini  bitirib. Heç bir zaman məktəbini dəyişməyib.)
8. Cavadov Xanım Rasim qızı - ( 18.09.2013 –ci il tarixli 27 saylı arayışla Biləsuvar rayon Amankənd kənd ümumi  orta məktəbinin 4-cü   sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən 8-ci sinfə  kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda E. Kərimov adına Amankənd kənd tam orta məktəbini  9-cu  sinfində təhsilini davam etdirir.)
9. Məmmədova Gülər Telman qızı- ( 03.10.2012 –ci il tarixli 46 saylı arayışla Biləsuvar rayon Təyyar Əliyev adına Yuxarı Cürəli kənd  tam orta məktəbinin 6-cı  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 10-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
10. Nağıyeva Türkanə Hafiz qızı - ( 18.09.2012 –ci il tarixli 138 saylı arayışla Bakı şəhəri 55 saylı  tam orta məktəbinin 6-cı  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 10-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
11. Ağazadə Turanə Natiq qızı - ( 18.09.2012–ci il tarixli 139 saylı arayışla Bakı şəhəri 55 saylı  tam orta məktəbinin 6-cı  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən bu günə kimi bizim məktəbdə təhsil alıb. Hal-hazırda məktəbimizin 10-cu sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
12. Yarməmmədov Bahar Əli qızı - ( 10.09.2012–ci il tarixli 89 saylı arayışla Biləsuvar rayonu Ağayrı kənd ümumi  orta məktəbinin 7-ci  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən 9-cu sinfə  kimi bizim məktəbdə təhsil alıb.  Məktəbimizin 9-cu sinfində təhsilini başa vurub. Heç bir zaman məktəbini dəyişməyib.)
13. Mikayıllı Sevinc Rafət qızı - ( 03.10.2012–ci il tarixli 48 saylı arayışla Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam  orta məktəbinin 6-cı  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən indiyə  kimi bizim məktəbdə təhsil alıb.  Hal-hazırda məktəbimizin 8A sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
14. Tağızadə Zəhra Xeyrulla -  ( 03.10.2012–ci il tarixli 50 saylı arayışla Biləsuvar rayonu Ağayrı kənd ümumi  orta məktəbinin 7-ci  sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən 9-cu sinfə  kimi bizim məktəbdə təhsil alıb.  Məktəbimizin 9-cu sinfində təhsilini başa vurub. Heç bir zaman məktəbini dəyişməyib.)
15. Əmənova Fatimə Mətləb - ( 03.10.2012–ci il tarixli 48 saylı arayışla Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam  orta məktəbinin 3-cü   sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən indiyə  kimi bizim məktəbdə təhsil alıb.  Hal-hazırda məktəbimizin 7-ci sinfində təhsilini davam etdirir. Heç bir zaman məktəbini dəyişməyib.)
16. Əzizova Əminə Əlipaşa - ( 03.10.2012–ci il tarixli 49 saylı arayışla Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam  orta məktəbinin 3-cü   sinfində  oxuduğu bildirilir. Şagird birinci sinifdən 6-cı sinfinə   kimi bizim məktəbdə təhsil alıb.  Hal-hazırda Mübariz İbrahimov adına Biləsuvar liseyinin 7-ci sinfində təhsilini davam etdirir. )
 
Biz bu faktlarla rastlaşdıqdan sonra bir valideyn və müəllim olaraq çox hiddətləndik. Necə olur ki, valideynlərin və şagirdlərin razılığı və xəbəri olmadan sabiq direktor ona olan etibarımızdan sui-istifadə edib? 
 
Mənsurə Şahverənova biz valideynlərdən və müəllimlərdən gizli olaraq bu əməlləri digər direktorlarla əlbir olaraq edib və çirkin əməllərini həyata keçiriblər. Bu insanlar öz çirkin əməlləri ilə şəxsi maraqlarına və varlanmaq naminə kənar məktəblərin direktorları ilə əlbir olaraq məktəblərində sadəcə sənəd üzərində yeni siniflər təşkil ediblər. Yox yerdən dövlət əmlakını mənimsəyiblər. Bir sinif üçün ən azı bir tədris ilində dövlətimizin xərclədiyi vəsait ziyalı olaraq hamımıza məlumdur. 
 
Bu şəxslər şaxta işləri ilə övladlarımızın, şagirdlərimizin taleyi və gələcəkləri ilə oyun oynamışlar. Sizlərdən çox xahiş edirik, bu direktorlar haqqında hüquq müstəvisi çərçivəsində ciddi ölçü götürəsiniz.”
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Biz - - deyirik, - Azərbaycan - təhsili - niyə - geri - gedir? - - BU - DA - SÜBUTU -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:13-04-2017 11:33 - Oxundu: 4335
Təhsil
27-04-2017 12:36 II və III-cü ixtisas qruplarının imtahan günü müəyyənləşdi
27-04-2017 11:16 Qəbul səviyyəsi "sıfır" olan məktəblərin adları açıqlanıb - SİYAHI
27-04-2017 11:09 DİM: "Qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb"
26-04-2017 21:24 Ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI
26-04-2017 20:21 Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb
25-04-2017 21:25 Bu şəxslər ali məktəblərə müsabiqəsiz QƏBUL OLACAQLAR
25-04-2017 14:32 Növbəti diaqnostik qiymətləndirməyə start verildi
25-04-2017 10:43 İbtidai siniflər üçün əlavə yaz tətili başlayır
22-04-2017 21:20 Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar
22-04-2017 13:58 Ödənişi qoçlarla qəbul edirsinizmi?
21-04-2017 16:59 Növbəti diaqnostik qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək
21-04-2017 16:19 DİQQƏT! İlk qəbul imtahanlarının buraxılış vərəqələri verilir
21-04-2017 16:01 "DİM-in saytından materialların yüklənməsi və istifadəsi pullu olacaq"
20-04-2017 21:54 Abituriyentlərə əlavə vaxt verildi - VİDEO
20-04-2017 17:43 Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb
20-04-2017 11:15 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
19-04-2017 09:02 Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyətləri artırılıb
18-04-2017 20:32 Birinci sinfə qəbul üçün 40 min sənəd verildi
18-04-2017 11:51 Məktəb şagirdlərinin ən çox əziyyət çəkdiyi xəstəliklərin adları açıqlanıb
18-04-2017 10:50 İnformatika fənni tədris olunmur - Osman Gündüz
18-04-2017 10:25 DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət edib
18-04-2017 10:07 Azərbaycanlı müəllim Toronto Universitetində dərs deyəcək
17-04-2017 21:45 Qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər bir sıra suallar yaradıb - RƏSMİ CAVAB - VİDEO
15-04-2017 13:32 Sabahdan 10 min müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılır
14-04-2017 12:21 Növbəti tədris ili üçün məktəbəhazırlıq qruplarında yenilik
13-04-2017 16:58 Dərslərin may ayında bitəcəyi xəbərinə RƏSMİ AÇIQLAMA
13-04-2017 11:57 Əvvəlki illərin məzunlarının kolleclərə imtahan vaxtı açıqlandı
13-04-2017 11:36 Ödənişli imtahan magistraturaya ərizə verənlərin sayını azaldıb
13-04-2017 11:33 Görünməmiş maxinasiya: Məktəb direktorları şagird barteri ilə məşğul imiş FOTO
12-04-2017 11:19 Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib
12-04-2017 09:06 Orta ixtisas təhsili üzrə ixtisasların sayı artırılıb
11-04-2017 18:23 Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri elan olunub
11-04-2017 17:15 İlk qəbul imtahanlarının tarixləri açıqlandı
11-04-2017 14:53 Abituriyentlərin NƏZƏRİNƏ: sınaq imtahanları keçiriləcək
11-04-2017 14:05 "Azərbaycan dili"ndən "qeyri-məqbul" qiymət alanların DİQQƏTİNƏ!
11-04-2017 12:24 Rezidentura imtahanlarının I mərhələsinin nəticələri açıqlandı
10-04-2017 22:27 “Azərbaycan dili”ndən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub
10-04-2017 17:19 Ali məktəblərə ərizə qəbulunun müddəti uzadılıb
10-04-2017 10:59 Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
08-04-2017 17:57 I sinfə qəbul üçün 37 000-ə yaxın sorğu yerləşdirilib
07-04-2017 17:41 DİM: İmtahanların ödənişli olması ərizə verənlərin sayını azaldıb
07-04-2017 16:13 Mikayıl Cabbarov: İngilis dilində təhsil alan tələbələrin sayı artır
07-04-2017 14:04 Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır
06-04-2017 21:57 Nazirlik tələbə təqaüdləri ilə bağlı açıqlama yaydı
06-04-2017 12:42 Ali məktəblərdə yeni ixtisaslar açıla bilər
06-04-2017 12:37 Magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin tarixi bəlli oldu
06-04-2017 12:16 Azərbaycanlı deputatlar arasında fikir ayrılığı
06-04-2017 09:53 Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb
05-04-2017 20:34 Bakıda I sinfə qəbul üzrə 35 minə yaxın sorğu yerləşdirilib
05-04-2017 09:58 DİM ali məktəblərə müsabiqədənkənar qəbul olunacaq abituriyentlərə müraciət edib
04-04-2017 16:43 Bakıda qeydiyyatı olmayan şəxslərin övladları I sinfə necə qəbul olacaq? - RƏSMİ CAVAB
04-04-2017 15:42 DİM qəbul imtahanında iştirak edəcək şəxslərə xəbərdarlıq edib
04-04-2017 12:51 Test tapşırıqları və müxtəlif nəşrləri qanunsuz yayımlayanlar cəzalandırılıb
04-04-2017 11:32 Mart ayında Təhsil Nazirliyinə 16678 müraciət daxil olub
03-04-2017 15:58 Abituriyentlər üçün SON GÜN - Sabah sənəd qəbulu bitir
03-04-2017 15:34 Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib
01-04-2017 22:32 Aprel döyüşlərində şəhid olan pilotun ailəsindən nümunəvi addım - VİDEO
01-04-2017 20:57 I sinfə qəbul üzrə 30 min müraciət edilib
01-04-2017 12:06 Rus bölməsinin abituriyentləri bu tarixdə ana dilindən imtahan...
31-03-2017 10:42 Direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiqlənib

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Qəbul səviyyəsi "sıfır" olan məktəblərin adları açıqlanıb - SİYAHI
27-04-2017 11:16
DİM: "Qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb"
27-04-2017 11:09
DYP maşını qaydanı pozub, qəza törətdi - ölənlər var
27-04-2017 13:36
II və III-cü ixtisas qruplarının imtahan günü müəyyənləşdi
27-04-2017 12:36
Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 10:16
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-04-2017 11:27
Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib - FOTO-VİDEO
27-04-2017 09:00
Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda oğurluqda ittiham olunub
27-04-2017 10:45
Selin apardığı qadın ölümdən son anda qurtuldu - VİDEO
27-04-2017 12:40
Ukrayna Hollivud ulduzunu "qara siyahı"ya salıb
27-04-2017 09:57
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az