Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2018
10:54
13210
Gürcüstan prezidenti Xocalı qurbanlarının xatirəsini anmaqdan imtina etdi

Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq son onillikdə bütün sahələrdə yüksək səviyyəyə çatıb. İki ölkə arasında bir neçə əhəmiyyətli enerji layihələri, Bakı-Qars-Tbilisi dəmir yolu magistralının tikintisi, bundan başqa Gürcüstana yüz minlərlə azərbaycanlı turistin üz tutuması buna bariz nümunədir.

Lakin ötən gün Gürcüstan tərəfindən Azərbaycana qarşı qeyri-adekvat bir münasibətin şahidi olmuşuq. FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycan xalqına hörətsizliyi özündə əks etdirən bir addım atıb.
Belə ki, gürcü prezident Marneulidə azərbaycanlı əhali ilə görüşdə "Azadlıqdan müstəqilliyə - 100 il respublika" tədbirində həmyerlilərimizdən birinin xahişini eşitməməzliyə vurub. Azərbaycanlı gənc Gürcüstan dövlət başçısından Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi istəyib. Georgi Marqvelaşvili müraciətə cavab olaraq yalnız bunu deyib ki, Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə qarşıdır.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2005-ci ildə çıxışı zamanı bildirmişdi ki, "Qazprom" şirkəti Gürcüstanın qazını kəsərkən məhz Azərbaycan öz əhalisinin yarısını qazını kəsərək bu ölkəni qazla təmin edib.

Məqalədə : Gürcüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 20:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com