Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2018
14:06
1360
Gürcüstandan gətirilən 26 ton kartof geri qaytarıb

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.

Agentlikdən Faktxeber.com-a verilən məlumata görə, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

Məqalədə : kartof 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
262

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
122

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
122

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
578

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
137

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
279

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2019 08:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru