Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Mart

2017
14:00
458
Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb

Bu barədə Gürcüstanın Azərbaycandakı səfriliyinin ixtişaşlarla bağlı yaydığı bəyanatda deyilir.

Bildirilir ki, ölkə prezidenti Georgiy Marqvelaşvili zorakılığı pisləyib və dövlət institutlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, Batumidə vandalizm aktlarını törədənlərə cavab olaraq hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi legitim və proporsional güc tətbiq edib. Zorakılığa yol verənləri həbs etmək və xəsarət alanlara dərhal kömək etməklə polis sabitliyin bərpa olunasına müvəffəq olub.

Həmçinin bildirilir ki, zorakı etirazlar müxalifət partiyaları tərəfindən dəstəklənib və Gürcüstanın digər bölgələrində etiraz aksiyaları təşkil edilib. Bundan başqa, etirazçıların könüllü şəkildə dağılması ilə bağlı bir neçə müraciət ünvanlandığı və bunun edilməyəcəyi təqdirdə qanun çərçivəsində gücdən istifadə ediləcəyi nəzərə çatdırılıb. Batumidə sülh və qayda-qanunun bərpa olunması üçün hökümət effektiv addımlar atıb: 

“Bu hadisələri törədən şəxslər cəzasını mütləq alacaq. Onların zorakı hərəkətləri dözülməzdir.Bu şəxslər bilməlidir ki, onlar təqib ediləcək və müvafiq qurumlara təhvil verilcəklər. Batumidəki həbslər bunu nümayiş etdirdi".

Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində ən azı 30 nəfər xəsarət alıb.(apa)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru