Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Sentyabr

2017
17:09
1036
Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmada müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmada müsəlmanların soyqırımına yox!" şüarı səsləndiriblər.

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O da Myanmadakı hadisələri kəskin pisləyib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.

Sənəd BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək./virtualaz.org

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 03:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru