- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir. Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.
FaktXəbər bildirir ki, Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bu barədə Azərtac-a müsahibəsində deyib: “Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.
Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir”.
Həkim-pediatr bildirib: “Hər bir əlamət, o cümlədən öskürək orqanizmin müdafiə reaksiyasidir. Selikli qişaya virus düşəndə orqanizmin əsas reaksiyasi onu ordan uzaqlaşdırmaqdır. Məhz buna görə kəskin respirator virus infeksiyasına yoluxan xəstə asqırır, boğazi qıcıqlanır və öskürür. Belə olan halda öskürək əleyhinə dərmanlarla yox, xəstə orqanizmdən virusun çıxmasına səbəb olan vasitələrlə kömək etmək lazımdır. Məsələn, çoxlu maye içmək və tərlədici vasitələrdən istifadə etmək məsləhətdir.
Xəstəliyin başlanğıcında öskürək əleyhinə qəbul olunan dərmanlar onun gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu selikli qişadan qovmaq istəyəndə isə ona kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. İki yaşına qədər uşaqda bəlğəmli öskürək olduqda bəlğəmgətirici preparatlar vermək qəti qadağandir. Belə ki, uşaq bəlğəmi xaric edə bilmədiyinə görə tənəffüs yolları bağlana bilər. Öskürəyi yüngülləşdirmək üçün həkimin təyinatı əsasında xardal kağızları, tibbi bankalar, sinəyə isti islatmalar və ayaqlara isti vanna tətbiq edilir”.
- 15-02-2019 14:42 Yuxusuzluğun ölümcül təhlükəsi açıqlanıb
- 14-02-2019 15:20 Məşhur akademik: “Qadınların çılpaqlıq dəbi xalqların ölüm prosesini başladıb”
- 13-02-2019 16:21 Qusarda əhalinin tibbi müayinəsinə başlanılıb
- 13-02-2019 12:01 Xərçəngin əsas simptomları açıqlanıb
- 12-02-2019 16:41 İnsan ixtiraları arasında ən qorxuncu
- 12-02-2019 15:57 Hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir
- 12-02-2019 15:24 Baş infeksionist qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
- 12-02-2019 11:55 Alimlər: Allaha inanmaq insanı depressiyadan qoruyur
- 12-02-2019 08:44 Azərbaycanda maraqlı tədqiqat: Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
- 11-02-2019 14:04 Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb
- 08-02-2019 21:01 Komitə sədri: Ən təhlükəli məsələlərdən biri odur ki...
- 08-02-2019 16:55 Balıq yağının hamilə qadınlara gözlənilməz FAYDASI
- 08-02-2019 12:52 Düyü həlimi - orqanizmi təmizləyir, müalicə edir, gözəlləşdirir
- 08-02-2019 10:02 ÜST: Avropa qızılcaya yoluxma ilə bağlı 10 illik rekordu qırıb
- 07-02-2019 15:20 Televizor qarşısında çox oturmaq xərçəng yaradırmış
- 07-02-2019 12:15 Aynur Sofiyeva: "Ailə institutu deformasiyaya məruz qalıb"
- 06-02-2019 11:32 Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb
- 05-02-2019 14:19 Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
- 05-02-2019 12:36 Genetikası dəyişmiş uşaqların daha bir "müəllifi" tapılıb
- 05-02-2019 10:40 Xərçəngdən qorunmağın ən yaxşı yolu açıqlanıb
- 02-02-2019 15:02 Bir ay ərzində mədəni izləyə bilən həb hazırlanıb - VİDEO
- 01-02-2019 16:18 Arıqlamaq üçün səhər yeməyinin vacibliyi barədə deyilənlər MİF imiş
- 30-01-2019 08:41 Səhiyyə Nazirliyi ölkədə suçiçəyi xəstəliyi ilə bağlı vəziyyət barədə
- 29-01-2019 16:57 Ölkəmizdə hər on min nəfərə 33 həkim və 55 tibb işçisi düşür
- 29-01-2019 13:15 Dünya Səhiyyə Təşkilatı qrip əleyhinə vaksinlərlə bağlı müraciət edib