Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Sentyabr

2017
10:43
788
“Qarabağ”ın yeni transferi Pedro Enriko Bakıdadır - FOTO

“Qarabağ” futbol klubunun yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Pedro Enriko artıq Bakıya gəlib. Bu barədə FaktXəbər-ə klubdan məlumat verilib.

Futbolçu “Qarabağ”a keçidi və gələcək hədəfləri haqda açıqlamasında deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Klubun bazası ilə tanış oldum. Burada futbolçular üçün hər cür şərait yaradılıb”.

“Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də buraya öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. Komandamız üçün əlimdən gələni etməyə çalışacağam”, - deyə futbolçu qeyd edib.

Məqalədə : Qarabağ komandası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru