Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Avqust

2017
09:43
198
“Qarabağ”ın 5 potensial rəqibi...

Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Buna III təsnifat mərhələsinin son 14 matçından sonra aydınlıq gəlib.

Tur adlayan 14 komanda bir gün əvvəl bunu bacaran Azərbaycan çempionu “Qarabağ” və birbaşa pley-offdan yarışa qatılan 5 kluba qoşulub. Bu 20 komanda qrupa 10 vəsiqə uğrunda pley-off mübarizəsi aparacaq.

Lakin 6-cı yer də səpələnmişlərə düşmək imkanı verməyib. Çünki yalnız 5 ən yüksək reytinqli burda yer alıb. Çempionumuza yalnız bir matçda aşağı reytinqlinin qalib gəlməsi kimi kiçik sensasiya kifayət etməyib ki, səpələnmişlərdən olsun. Məhz bu səpələnmiş komandalar da “Qarabağ” və digər səpələnməyənlərə mümkün rəqiblərdi. Belə rəqiblər arasında “Olimpiakos”, “Seltik”, “Kopenhagen”, APOEL və “Maribor” yer alıb.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.

Məqalədə : Qarabağın rəqibi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru