Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 İyul

2017
10:31
152
“Qarabağ”–“Samtredia” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” (Ağdam)–“Samtredia” (Gürcüstan) oyununun hakim təyinatları açıqlanıb.

FaktXəbər-in məlumatına görə, qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək.

Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Məqalədə : Qarabağ futbol kulubu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru