Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
12:47
878
Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb - SİYAHI

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Abbasqulular kəndində qeydə alınan qəzada 7 nəfər xəsarət alıb.

Belə ki, 1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfovun idarə etdiyi "VAZ-2015" markalı avtomobil qarşı tərəfdən gələn, Goranboy rayon sakini, 1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı maşında olan sürücünün ailə üzvləri xəsarət alıblar.

Yaralılar:

1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilov,

1980-ci il təvəllüdlü Elnarə Sərdar qızı Xəlilova,

2005-ci il təvəllüdlü Gülşanə Eldar qızı Xəlilzadə,

2011-ci il təvəllüdlü Cəsur Eldar oğlu Xəlilzadə,

1971-ci il təvəllüdlü Aybəniz Fabrəddin qızı Nəbiyeva,

1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfov,

1957-ci il təvəllüdlü Kifayət Səfər qızı Qasımlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru