Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Mart

2017
17:04
1204
“O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı”

Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Məscidində 29 dekabrda erməni ordusunun diversiya qrupunun təxribatının qarşısının alınması vaxtı şəhid olmuş hərbi qulluqçu Çinqiz Qurbanovun anım mərasimi keçirilib.

Mərasimdə şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O, öz çıxışında Çingiz Qurbanovu şəhid elan edib və onun üçün belə mərasimdə iştirak etməyin böyük şərəf olduğunu bildirib.

Mərasimdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Çinqiz Qurbanovun keçdiyi döyüş yolundan danışıb.

"Bu gün bizim üçün ağır, həm də şərəfli gündür. Biz əsgər Çingiz Qurbanovu itirdik. Amma o, faşistləri məhv edərək həlak oldu. Çingiz Qurbanov dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı. Çingiz cəmi 20 il yaşadı, amma onun bu ömrü ləyaqətli ömür idi". (Virtualaz.org)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru