Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Xətai rayonundakı Heydər Parkında bu gün Şuşa, Laçın, Cəbrayıl rayonlarından olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, mərasimdə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları və nümayəndələri, ictimaiyyətin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.
İştirakçılar əvvəlcə parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çağırışçılara uğurlar arzulayaraq onların işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak edəcəklərinə inandığını bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.
“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Xidmətin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Anar Əliyev, Qarabağ müharibəsi veteranı Yaşar Məhərrəmov, çağırışçıların valideynləri, eləcə də çağırışçılar çıxış edərək gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı tövsiyə ediblər.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar. (Report)
- 25-04-2018 15:20 Suriyanın vurduğu ABŞ raketlərinin qalıqları - FOTO
- 24-04-2018 14:43 Merkel orduya 1 milyard avro xərcləyəcək
- 23-04-2018 18:20 Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb
- 23-04-2018 14:55 Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib
- 22-04-2018 11:31 Müdafiə Nazirliyi Ermənistan mətbuatında təmas xəttində aktivliklə bağlı yayılan məlumata münasibət bildirib
- 21-04-2018 11:44 Düşmən həftə boyu atəşkəsi 521 dəfə pozub
- 20-04-2018 14:21 Ermənistandan nüvə qaçaqmalçılığı həyata keçirilir
- 20-04-2018 13:57 "Bəzi ölkələr bizə silah almaqda məhdudiyyət qoyur"
- 19-04-2018 21:20 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - VİDEO
- 19-04-2018 16:36 Azərbaycanın Pakistandan almaq istədiyi qırıcının texniki göstəriciləri - İNFOQRAFİKA
- 19-04-2018 16:33 Ordumuz desantçıxarma əməliyyatları üzrə təlimdə
- 19-04-2018 15:38 Azərbaycan dördüncü nəsil qırıcı-bombardmançı təyyarə alır - FOTO-VİDEO
- 19-04-2018 15:26 Əfqanıstandakı sülhməramlılarının bir qrupu Vətənə qayıdıb
- 19-04-2018 12:41 Ukrayna tankvuran "Skif" raketini sınayıb - VİDEO
- 19-04-2018 12:06 Rusiya səmaya hərbi peyk qaldırdı
- 19-04-2018 09:30 Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- 18-04-2018 16:04 Ermənilər Ağcabədini atəşə tutdu - Yaralı var
- 18-04-2018 15:32 Rusiyanın S-350 “Vityaz” zenit-raket kompleksi - VİDEO
- 18-04-2018 12:14 ATƏT cəbhədə monitorinq keçirib
- 18-04-2018 12:07 Rusiyanın “İskəndər” komplekslərini Ermənistana verməsinə Bakının cavabı-VİDEO
- 18-04-2018 11:30 Qarabağda erməni əsgər minaya düşüb
- 18-04-2018 10:56 Ordumuzun dünyadakı yeri məlum olub
- 18-04-2018 10:29 NATO Türkiyəni F-35 qırıcılarından məhrum edə bilər
- 17-04-2018 13:29 Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17-04-2018 09:47 Anjey Kaspşik cəbhədə monitorinq keçirəcək

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 16:52
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]