Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Yanvar

2017
21:02
732
Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə olub.

Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək  xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru